Xəbər lenti

Naim Süleymanoğlu qalmaqalı böyüdü: Qızları ayağa qalxdı (FOTO)
İdman 10:22 12.09.2019

Naim Süleymanoğlu qalmaqalı böyüdü: Qızları ayağa qalxdı (FOTO)

Əfsanəvi türkiyəli ağır atlet Naim Süleymanoğlunun qızları Sezin Esin Süleymanoğlu atalarının həyatından bəhs edən filmin nümayişə çıxarılmasını istəmir.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, bacılar buna mane olmaq üçün məhkəməyə müraciət edib. Sezin və Esin Süleymanoğlu prodüser Mustafa Uslu, "Dijital Yapım Evi" və əmiləri Məhərrəm Süleymanoğlunu məhkəməyə verib. İddiaya görə, filmin çəkilməsinin məqsədi haqsız qazanc əldə etməkdir, çəkiliş prosesində bəzi şəxsi məsələlərin ictimaiyyətə təqdim edilməsi Sezin və Esin Süleymanoğlunu alçaldılması kimi qəbul ediləcək.  

Bildirilir ki, film üçün N.Süleymanoğlunun qardaşı Məhərrəm ilə müqavilə imzalanıb və o, bunun qarşılığını alacaq. Daha əvvəl mətbuatda filmin bu ilin payız aylarında təqdim ediləcəyi və yaxşı qazanc gətirsə, mərhum atletin qızlarına ev alınacağı barədə iddialar dərc edilmişdi.

Sezin və Esin Süleymanoğlu ötən dövrlərdə atalarının Avropa və Dünya çempionatında əldə etdiyi medalların itməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdi. M.Süleymanoğlu vəsiyyətnamə məhkəməsində filmin çəkilişi ilə bağlı kitab yazdığını, qardaşının 1988-ci il Seul Olimpiadası, 1992-ci il Barselona Olimpiadası və 1906-cı il Atlanta Olimpiadasında əldə etdiyi qızıl medalların 9 ildir onda olduğunu açıqlamışdı. Həmin medallar hazırda filmin çəkilişini həyata keçirən şirkətdədir. 


Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->