Dünya 17:31 10.05.2021

Qlobal iqtisadi böhranın yeni dalğasının vaxtı açıqlandı - İki senari

Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASP) mütəxəssisləri qlobal iqtisadi böhranın növbəti mərhələsinin vaxtını açıqlayan bir hesabat hazırlayıb. 

Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, mütəxəssislər iki ssenaridən bəhs edib - əsas və konservativ. Hər ikisinə görə də 2025–2026-cı illərdə iqtisadi böhran ehtimalı var.

İlkin ssenari, COVID-19 pandemiyasının 2021-ci ilin ortalarında sona çatacağını, illik qlobal ÜDM artımının 4% olacağını və onilliyin sonuna qədər neftin bir barel üçün 82-85 dollara yüksələcəyini ehtimal edir. İqtisadiyyatın pul stimullaşdırılması bazarları daha da sürətləndirəcək. Böyümələri sayəsində ölkələr yaxın gələcəkdə borc böhranının qarşısını ala biləcəklər.

Struktur böhran ssenarisi (konservativ) pandemiyanın bir il daha davam edəcəyini və ÜDM-nin ildə 2-3% artacağını hesab edir. Bu vəziyyətdə, neftin qiymətləri onilliyin ilk yarısında bir barel üçün 50-55 dollara düşəcək və 2020-ci ilin ikinci yarısında 65 dollara yüksələcək.

Eyni zamanda, mütəxəssislər ilkin böhransız ssenarinin mümkünlüyünü də təsvir edirlər, lakin bu vəziyyətdə 2020-ci ilin ortalarında "böyümə fasiləsi” olacaq - iqtisadiyyat düşməyəcək, amma iqtisadi artım tempi sıfır olacaq.

İqtisadçıların fikrincə, yaxın on ildə Rusiyada ÜDM artımı ildə 1,5-2% olacaq. Lakin böhran zamanı bu göstərici sıfır dəyərlərə yaxınlaşa bilər.
Rusiya iqtisadiyyatında proqnoz hazırkı durğunluqla müəyyənləşdirilir. Digər bir amil demoqrafikdir. Beləliklə, ölkə əhalisinin qocalması və əmək ehtiyatlarının azalması ildə 1% artım tempində baş verəcək.

"Beləliklə, önümüzdəki illərdə iqtisadi siyasətin özəyi əmək məhsuldarlığı, onu əhəmiyyətli dərəcədə artırmağın yolları və mənfi sosial nəticələrin kompensasiya edilməsinə dair tədbirlər olacaq",- hesabatda deyilir.
 
Alpər