Qobustanda palçıq vulkanında son püskürmə ilə bağlı açıqlama (FOTO)

Qobustanda palçıq vulkanında son püskürmə ilə bağlı açıqlama (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları Şıxzərli palçıq vulkanında yanvarın 9-da baş vermiş aktivliklə əlaqədar müvafiq ölçmə işləri həyata keçiriblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev Trend-ə bildirib ki, Xüsusilə qeyd etmək lazımdır ki, püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının bu dəfəki püskürməsində qeydə alınmamışdır.

Ölçmə işləri zamanı müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülmüşdür. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunmuşdur. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olunub. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alınıb. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatıb. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir:"

Məlumat üçün bildiririk ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyildir. Bu vulkanın aktivliyinin təhlili onu göstərir ki, bu vulkan çox aktiv palçıq vulkanıdır. Bu son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur".

Qeyd edək ki, yanvarın 9-da saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan Rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal qərbində yerləşən Şıxzərli palçıq vulkanında püskürmə baş vermişdir.

Püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilmiş, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərazində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxarılmışdır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR