Xəbər lenti

Qocalara məsləhət: Hər gün evdən çıxmaq ömrü uzadır
Dünya 18:05 29.12.2017

Qocalara məsləhət: Hər gün evdən çıxmaq ömrü uzadır

İsraildə aparılan tədqiqat yaşı 70-90 arası olan insanların tez-tez evdən çıxmalarının ömürlərinin uzanması ilə nəticələndiyini müəyyənləşdirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Qüdsdəki "Hadassah-Hebrew" Universitetinin tibb mərkəzinin üzvü Ceremi Yakobs "Hər gün evdən çıxmaq insanların dünya ilə əlaqə qurmasına kömək edən sadə metoddur. Qan təzyiqi və xolesterolu müalicə edən zaman ümid etdiyimiz inkişafa şahid olduq. Yaşlanma prosesində sosial faktorlar olduqca vacibdir" fikirlərini səsləndirib.

Tədqiqat 70, 78, 85 və 90 yaşlı 3375 yetkin şəxs arasında aparılıb. İnsanlar aktiv (həftə ərzində 6-7 gün evdən çıxan), orta aktiv (həftədə 2-5 gün evdən çıxan) və az aktiv (həftədə 1 dəfə və ya heç çıxmayan) kateqoriyalarına ayrılıblar. Nəticədə məlum olub ki, 78 yaşlı aktiv insan 85 yaşına, 90 yaşlı aktiv şəxs isə 95 yaşına qədər yaşaya bilir. 

Araşdırma aşağı təhsil səviyyəsi olan insanların daha az aktiv həyat yaşadığını göstərib. 

Yakobs qeyd edir ki, gələcəkdə tədqiqatın 98-100 il yaşaya bilən 95 yaşlı şəxslər arasında aparılması planlaşdırılır.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->