Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Qubanın dağlıq kəndlərinə qar yağıb.
Qarın hündürlüyü 5-8 santimetr olub. Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.
Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub.
Şərhlər