Xəbər lenti

Siyasət 19:48 29.04.2019

"Qul-Şərif" məscidində Azərbaycana qarşı erməni təxribatı

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar.

ONA-nın verdiyi məlumata görə, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən "Qul-Şərif" məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adı altında verildiyi orta əsrlər dövrünü əks etdirən xəritə nümayiş olunub.

Məlum faktı Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas Ramin Novruzov üzə çıxarıb. O, separatçı ermənilərin təxribatı ilə bağlı "Qul-Şərif" məscidinin məsul şəxslərinə və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanladığını bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->