Eskalator və travolatorlar Almaniyanın "Tüyssen Krupp" ("Thyssen Krupp")şirkətinin məhsuludur. Bundan əvvəl, alman şirkətinin eskalatorları"İçərişəhər", "Azadlıq prospekti", "Dərnəgül", "Koroğlu" və "28 May"stansiyalarında quraşdırılmışdı.
25 il istismar müddəti olan "Tugela" tipli esklatorlar yığcamlığı,xidmət göstərilməsinin asanlığı, zərbələrə davamlığı ilə seçilir. OnlarSovet dövründə istehsal olunmuş analoqları ilə müqayisədə daha etibarlıvə təhlükəsizdirlər. Sürəti Avropa standartlarına uyğun, həm dəsəssiz-küysüz və titrəyişsizdir. Eyni zamanda, estetik görkəmi ilə dəseçilir.
Metropolitenimizin tarixində ilk dəfə travolatorlardan "Avtovağzal»daistifadə olunacaq. Üfüqi vəziyyətdə hərəkət edən "Orinoko" tipli busərnişin konveyeri uzun tunellərdə rahat hərəkət vasitəsidir. Bu mənadaəlil və uşaq arabaları ilə hərəkət edənlər, yaşlılar, fiziki imkanıməhdud insanlar üçün travolatorlar ən əlverişli hərəkət vasitəsidir.Onlar da, eskalatorlar kimi, səs-küysüzdür, titrəyişsizdir və buna görəistifadə zamanı maksimal komfortu təmin edir.
Stansiyada görülən digər işlərə gəlincə, döşəmə və divarlarınınmərmər-qranit təbəqəsi qoyulmuş platformanın, həmçinin 2-ci və 6-cıçıxışların tavanları şpaklyovka olunur. 1-ci vestibüldə tavanın metalkonstruksiyası quraşdırılır. 5-ci və 6-cı çıxışda həm də pilləkənlərinyan divarlarının mərmər təbəqəsi döşənir. Xidməti otaqlarda isə sontamamlama işləri davam etdirilir.
Şərhlər