Xəbər lenti

"Azərbaycanda iri nominallı pullar dövriyyəyə buraxıla bilər"
Ekonomiks 11:06 06.09.2013

"Azərbaycanda iri nominallı pullar dövriyyəyə buraxıla bilər"

Azərbaycanda iri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bəyan edib.

O, gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsini də istisna etməyib: “Lakin hazırda bu məsələ konkret gündəmdə deyil”.

E.Rüstəmov bu yaxınlarda manatların yeni dizaynının şəkillərinin internetdə yayılmasına münasibət bildirib: “Bunlar şayiədir və reallığı əks etdirmir. Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir valyutaların dizaynı dəyişdirilir və bu normal prosesdir. Azərbaycan Mərkəzi Bankı bu məsələyə hökumətlə və Pul islahatları komissiyası ilə birlikdə baxır və yeni qərar olsa, birgə qərar olacaq”.

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda sikkələrin dövriyyədən çıxarılması, o cümlədən kiçik nominallı sikkələrin dövriyyədən çıxarılması gözlənilmir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->