Azərbaycanın mobil rabitə operatoru olan "Azercell" MMC öz istifadəçilərinə "Twitter" mikrobloquna pulsuz giriş xidmətini təqdim edib. Qaynar.info-nun məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yayılan xəbərdə bildirilir.
Məlumatda bildirilir ki, kampaniya 19.04.2013-19.10.2013 tarixləri arasında keçirilir. Xidmətdən yararlanmaq üçün mobile.twitter.com saytına daxil olmaq lazımdır. Xarici linklərə keçid və video yükləmələr ödənişlidir və mövcud tarifin İnternet qiymətinə uyğun hesablanır.
Qaynar.info
Şərhlər