Bu gün Topaz Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulacaq. Artıq son vəsiqənin taleyi də həll olunub. “Altılığa” düşmək şansı “Bakı”, “Xəzər Lənkəran” və AZAL-da olsa da, Bakının eyniadlı təmsilçisi “Rəvan” üzərində qələbə qazanaraq məqsədinə çata bilib. “Bakı” lənkəranlıları şəxsi oyunlara görə, “təyyarəçilər”i isə bir xal qabaqladığına görə öz meydanında 3 xal götürərək sonuncu vəsiqənin sahibinə çevrilib.
“Kəpəz” – “Simurq” 1:1
Şahin Kərimov, 11 - Mario Bojiç, 11
“Bakı” – “Rəvan” 2:1
Mariu. Pena, 19, 57- Şəhriyar Rəhimov, 12
“Xəzər Lənkəran” – “Sumqayıt” 2:2
Robert Alvis, 15-pen, 72-pen - Mirzağa Hüseynpur, 4, Orxan Əliiyev, 50
AZAL – “Qəbələ” 6:1
Viktor İqbekoyi, 19, Cavid Tağıyev, 47, 64, Branislav Arsenyeviç, 75, Zohair Benouahi, 80, Con Oluremi, 89 - Mustafa Dabo, 14
“Turan” – “Neftçi” 2:3
Antonio Rukavina, 35, Ender Günlü, 83 - Flavinyo, 11, Araz Abdullayev, 61, Cavid İmamverdiyev, 75
“Qarabağ” – “İnter” 0:0
Qaynar.info
Şərhlər