İspaniya hökumətilə Venesuela prezidenti Nikolas Maduro arasında söz atışması davam edir.
Qaynar.info xəbər verir ki, polemikanı Maduronun prezident seçilməsindən sonra İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallonun söylədiyi “Venesuelada gülcü bir qütbləşmə var, tərəflər arasında anlaşma və dialoq mühümdür” sözləri olub.
Maduro Marqallonun bu sözlərinə sərt reaksiya verib: “Venesuelaya burnunu soxma. İspan nazir, buradan bayıra çıx. İspan nazir boşboğazdır. Venesuelaya hörmət etmək lazımdır. İspaniyanın xarici işlər naziri Venesuelaya vasitəçi kimi gəlməyə hazır olduğunu deyir. Hörmətli nazir, Venesuelaya vasitəçilik üçün gəlmə, küçədəki ispan işçilərə cavab verməyə get”.
Maduro eyni zamanda İspaniyanın işçi sinifinə salam göndərib və sağ mövqeli siyasətinə görə itirdiyi haqlarını geri almaları üçün ispan işçilərin küçəyə çıxıb mübarizə etməli olduğunu bildirib.
Qaynar.info
Şərhlər