"BlackBerry z10" smartfonlarını satışa buraxılması kanadalı "Research in Motion" şirkəti üçün uğurlu olub.
"Huffington post"un verdiyi xəbərə görə, şirkət 2013-cü ilin birinci rübündə 1 milyon ədəd "BlackBerry 10" smartfonu satıb və rübü uğurla başa vurub.
Martın 2-də başa çatan rüb ərzində "Research in Motion" 98 milyon dollar qazanıb.
Qeyd edək ki, "BlackBerry z10" smartfonları ilk dəfə Kanadada və dünyada yanvarın 31-də satışa buraxılıb. //ANN.Az
Şərhlər