"Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva İnstagram-da fotolarını paylaşan bəzi tanınmışları sərt tənqid edib.
Qaynar.info gecce.az-a istinadla xəbər verir ki, aparıcı onları "tərbiyəsiz" adlandırmaqdan da çəkinməyib.
"Mən nə Facebook-da, nə İnstagram-da varam. Bunlar mənim üçün deyil. Tanınmışlardan biri bu yaxınlarda həyat yoldaşı ilə yataq otaqından fotosunu paylaşaraq, "biz yuxudan oyandıq" yazır. Ya da yemək yeyərkən çəkib şəkilini bölüşür. Bundan axı mənə nə? Hamamda gördüyün işi də çəkib göstərəcəksən? Bu düzgün deyil. Bu cür insanları tərbiyəsiz adlandırıram. Hamamdan çıxıb, yarıçılpaq şəkilini paylaşır. Saytlar da götürüb bunu yazanda ,özlərini günahsız sayırlar".
Qaynar.info
Şərhlər