Məşhur "Kalaşnikov" avtomat silahının konstruktoru Mixail Kalaşnikov bütün müəllif hüquqlarını "İjmaş" şirtətinə verib.
Qaynar.info-nun məlumatına görə, bu barədə "İjmaş"ın baş direktoru Konstantin Busıqin bildirib.
Busıqin bildirib ki, sözügedən sənədlər hələ fevral ayında imzalanmışdı.
"Kalaşnikov əsl vətənpərvərdir, o bununla bağlı heç bir ödəniş istəmədi" deyə Busıqin bildirib.
Qeyd edək ki, bir müddət əvvəl "İjmaş"ın klalaşnikova bunun üçün 3 milyon rubl pul təklif etdiyi bildirilmişdi.
Qaynar.info
Şərhlər