Sənət 18:04 18.04.2014

"Markes “moşennik” idi" - Seymur Baycan

"O, Afaq Məsudu bədbəxt etdi"

“Markes Azərbaycan yazıçılarının böyük bir hissəsini bədbəxt etdi. 90-cı illərin əvvəllərində Markesin kitabları tərcümə edildi. Ondan sonra kitab tərcüməsi azaldı. Hamı da axışdı Markesin əsərlərinə. Bir çoxları da məhz onun yaradıcılığında ilişib qaldı. 80-cilər ədəbi nəslindən bir çoxlarını bədbəxt elədi. Afaq Məsudu misal çəkmək olar. O, çox gözəl yazıçı idi. Başladı Markesi, Kafkanı yamsılamağa. Nəticədə moltanı bir ədəbiyyat ortaya çıxdı". 

Bunu Teleqraf.com-a açıqlamasında Markesin ölümü haqda danışarkən yazıçı Seymur Baycan deyib.

Seymur Baycan deyib ki, Markes “moşennik” idi: "Markes böyük yazıçı idi. Onun “Yüzilin tənhalığı” əsəri məşhur idi. Ancaq mən Markesin daha çox “Polkovnikə məktub yoxdur” romanını bəyənirəm. Markes “moşennik” idi. Müsahibələrində əcaib-qəraib vəziyyətlər yaradırdı, maraqlı nağıllar danışırdı. Markes mətndə cadügarlığı çox gözəl bacarırdı”.

Qaynar.info