Xəbər lenti

"Muhteşem yüzyıl" ulduzuna Azərbaycandan təklif
Maqazin 12:31 20.10.2014

"Muhteşem yüzyıl" ulduzuna Azərbaycandan təklif

Azərbaycandan tanınmış türk akstrisasına təklif. ANS PRESS-in məlumatına görə, Azərbaycanlıların bir çox seriallardan və filmlərdən, o cümlədən "Muhteşem yüzyıl" serialından Validə Sultan kimi tanıdıqları Nebahet Çehre Azərbaycanda filmə çəkilə bilər. 


Bu barədə açıqlamanı o, Show TV-yə açıqlamasında deyib. O, hazırda Azərbaycandan gələn ssenari ilə tanış olduğunu deyib. Aktrisanın sözlərinə görə, bu serial yox, bədii filmdir. Lakin o filmin nə haqqında olduğunu açıqlamayıb. 


Xatırladaq ki, aktrisa Nebahat Çehre 1944-cü ildə doğulub. Ana tərəfdən gürcü olan aktrisa yaşına baxmayaraq indidə gözəlliyi ilə heyran edir. Çehre 15 yaşında "Türkiyə gözəli" seçilib. O, uzun müddət modellik edib. 

Ən uğurlu rollarından biri "Mühteşem yüzyıl" serialında Sultan Suleyman Qanuninin anası Validə Sultan olub. O, serialda həm geyimləri, həm də aktrisalıq qabiliyyəti ilə uzun müddət diqqət mərkəzində olub. 


N.Çehre ən son "Kara para aşk" serialında rol ifa edib. Lakin öz istəyi ilə öldürülərək filmdən çıxıb. 


Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->