“Məlahətli ana” Uşaqlara Yardım İctimai Biriliyin təşkilatçılığı ilə may ayının 26-ı 20:00-da Heydər Əliyev Sarayında xeyriyyə konserti təşkil olunacaq.
“Ömür yarıda qalmasın!” devizi ilə baş tutacaq konsertdə tanınmış müğənnilər Sevda Yəhyayeva və Elton Hüseynov öz mahnılarını ifa edəcəklər.
Konsertdən yığılan vəsait hesabına İran İslam Respubilikasında “Məlahətli ana” Uşaqlara Yardım İB-nin daxılı imkanları hesabına müayinə olunan Leyla və Nübar Rəsulova bacıları iyun ayında əməliyyat olunacaq.
Təşkilatçılar yaxın günlərdə konsertə dəstək olan prodüsser Tarix Əliyevlə birgə mətbuat konfransı keçirib cəmiyyətə ətraflı məlumat verəcəklərini bəyan ediblər.
Bletləri Bakı şəhərinin kassalarından ala bilərsiniz.
Qaynar.info
Şərhlər