Nokia şirkəti yeni istehsal etdiyi "Nokia Lumia 2520" planşetinin reklam çarxında Apple şirkətinin istehsalı olan "iPad"larla məzələnib.
Qaynar.info-nun CNet-ə istinadən verdiyi xəbərə görə, reklamda bəhs olunur ki, əgər istifadəçi iPad alırsa o, paranoid axmağa çevrilir və xüsusilə qadınlar haqda heç nə anlamır.
Reklam çarxının qəhrəmanı videoda yeni planşetinin köməyilə dostlarına təsir göstərmək istəyir. Gənc adam bildirir ki, ona klavyatura lazım deyil. Bundan başqa iPad-ın enerjisinin tez tükənməsi də reklamda vurğulanır.
"Mən doğru planşet almışam" deyə qəhrəman sual verir və əminliklə deyir ki, ona Lumia 2520 modeli lazımdır.
Qaynar.info
Şərhlər