"Samsung" şirkəti İngiltərədə "Galaxy S4 Zoom" modelini tanıtmaq üçün küçələrdə iri reklam lövhələri quraşdırıb.
Qaynar.info xəbər verir ki, "Nokia" Windows sistemli və 41 meqapiksel çəkilişi olan "Lumia 1020"ni reklam etmək üçün ağıllı metod seçib.
"Samsung"un reklam lövhələrinə yazılmış "10X oprik zoom"lu yeganə telefon" yazısına "Nokia" yük maşınlarına yüklənən reklam lövhələrindəki "... Amma yenə də bunun gələcəyini görmədi" yazısı ilə cavab verib.
İki şirkətin reklam mübarizəsi küçədən keçənləri xeyli güldürüb.
Qaynar.info
Şərhlər