"Oynamasaq da, qəzaya düşəcəkdik" - Nigar Camaldan qəza açıqlaması
“Eurovision 2011”in qalibi Nigar Camal ötən günlərdə Quba yolunda baş vermiş avtomobil qəzası ilə bağlı ilk açıqlamasını verib. “Qafqazinfo” xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni hadisənin təfərrüatından bəhs edib:
“Bir avtomobil ötmə əməliyyatı etmək istəyirdi. Bizi keçmək istəyəndə ara məsafəni düzgün saxlamadı və qəza baş verdi. Bizim sürücümüz çox çalışırdı ki, maşını kənara çəksin. Ancaq əyləci basanda, rul əlindən çıxdı. Avtomobil 3 dəfə dairə vurdu, sonra havada uçdu. Yaxşı ki, xəsarət alan olmadı. Allaha şükür ki, sağ qaldıq. Hadisə yerinə gələn polislər bizə dedilər ki, bir neçə gün əvvəl həmin yerdə bir qəza da olub və 2 nəfər ölüb”.
Nigar sosial şəbəkədə avtomobil idarə edərkən onları mahnı oxuyub-oynamaqda qınayanlara da cavab verib:
“Maşında mahnı oxuyub-oynamadan getsəydik də, qəza baş verəcəkdi. Başa düşmürəm ki, insanlar niyə bu qədər aqressiv danışdılar. Avtomobildə mahnı oxuyub-oynamaq normal bir şeydir. Bu qədər aqressiv olmaq lazım deyildi. Bu, hamının başına gələ bilər”.
Xatırladaq ki, ötən gün avtomobili idarə edən Şəms adlı xanım da qəza anından yazaraq onları ittiham edənləri qınamışdı:
“Ara məsafəni düzgün saxlamadım. Qarşıdakı avtomobil qəfildən əyləci basdı, mən də idarəetməni itirdim. Sürət çox olduğundan saxlaya bilmədim. İndi maşın yox vəziyyətindədir. O biri avtomobilə heç nə olmadı. Qəza hər birimizin başına gələ bilər.
“Əcəb oldu” deyən sabah nə olacaq bilmir hələ. O qədər bədbəxtsən, qəlbin kinlə dolub ki, 3 gəncin faciəsinə “əcəb oldu” deyirsən. Mən özümə haqq qazandırmıram, ancaq sən də özünü insan kimi mühakimə elə. Mənim qarğışla işim olmaz, Allaha tapşırıram”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər