21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Timur Temeltaş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Fanat.az xəbər verir ki, futbolçumuz yenidən «Qalatasaray»ın maraq dairəsinə düşüb.
Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, «Qalatasaray» «Kayzerslautern»in ikinci komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. «Cim-Bom» onunla yanaşı, İngiltərənin «Fulhem» klubundan Kərim Frey «Ridinq»də çıxış edən Cem Karacanı hədəfə alıb.
Qaynar.info
Şərhlər