Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İstanbulda "Qalatasaray" və "Yuventus" arasında qarşılaşma yarımçıq dayanıb.
APA-nın məlumatına görə, oyun başlayandan sonra İstanbulda güclü qar yağmağa başlayıb və meydançanı qar örtüb. Hakim meydançadakı xətlərin görünməydiyini əsas gətirərək, oyunu yarımçıq dayandırıb. Bu, qarşılaşmanın 33-cü dəqiqəsində baş verib. Hakim 20 dəqiqəlik fasilə elan edib. Bu vaxt ərzində meydança qardan təmizlənməlidir.
Qaynar.info
Şərhlər