Xəbər lenti

İdman 10:26 22.08.2013

"Qarabağ", yoxsa "Ayntraxt" - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. 

Qaynar.info xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.

 Qeyd edək ki, Qurban Qurbanovun komandası bu turnirin ilkin təsnifat mərhələsində Makedoniya “Metallurg”unu hər iki oyunda 1:0 hesabıyla məğlub etdi. İkinci təsnifat mərhələsində isə təmsilçimiz Polşa “Piast”ı ilə qarşılaşdı. İlk oyunda 2:1 hesabıyla qalib gələn təmsilçimiz cavab matçında 90 dəqiqəni 1:2 hesablı yenilgiylə tamamladı. Amma Qlivitsedəki görüşün əlavə vaxtında gələn bərabərlik qolu “Qarabağ”ı üçüncü təsnifat mərhələsinə çıxardı. Nəhayət, üçüncü təsnifat mərhələsində Qurbanovun yetirmələri İsveçin “Gefle” klubunu həm evdə (1:0), həm də səfərdə (2:0) məğlub etməklə, pley-offa yüksəliblər.

 Bu mərhələdə isə Ağdam klubu Almaniyanın “Ayntraxt” kollektivini mübarizədən kənarlaşdırmalıdır. Təmsilçimiz bu rəqibi ilə ilk oyunu doğma meydanda keçirir. Bu üzdən də “Qarabağ” qapısının toxunulmazlığını qorumaq şərti ilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıdır. Əks halda səfərdə keçiriləcək cavab görüşündə təmsilçimizin işi daha da çətin olacaq.

 Avropa Liqası

Pley-off mərhələsi (ilk oyun)

22 avqust

21:00. Qarabağ - Ayntraxt

Baş hakim: Şimon Marçinyak (Polşa).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?