Xəbər lenti

"Rusiya bizi 1 həftəyə işğal edər"
Dünya 10:55 06.02.2013

"Rusiya bizi 1 həftəyə işğal edər"

İsveç Silahlı Qüvvələrinin baş qərargah rəisi Sverker Göransson silahsızlanma səbəbindən ölkənin şərqdən gələn təhdidlərə qarşı müdafiəsiz olduğunu söyləyib.

Qaynar.info-nun məlumatına görə, Göransson ölkəsinin hərbi qüvvəsinin yetərsiz olduğunu və Rusiyanın istədiyi təqdirdə ölkəni bir həftəyə işğal edə biləcəyini deyib.

İsveçin heç zaman yaxşı silahlanmadığını deyən və ölkə siyasətçilərini silahsızlanma siyasətlərinə görə ittiham edən baş qərargah rəisi bu kimi siyasi addımlar səbəbindən Şərqdən gələcək təhlükələrə qarşı müdafiəsiz olduğunu bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->