"Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində razılıq əldə olunub".
Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana səfərinin ölkəmiz üçün çox müsbət hal olduğunu bildirib:
“Ərdoğan deyəndə ki, biz hər sahədə əməkdaşlıq edirik, ticari-iqtisadi sahələrlə birgə hərbi sözünü də işlətdi. Bu o deməkdir ki, Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpgidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Mən əminəm ki, belə razılıq əldə olunub”
Politoloq hazırda dünyada Rusiya əleyhinə gedən proseslərin Azərbaycanın xeyrinə olduğunu söyləyib:
Şərhlər