Xəbər lenti

"Vahid namizədin qeydə alınmamsı baş verə bilər" -İsa Qəmbər
Siyasət 13:46 13.07.2013

"Vahid namizədin qeydə alınmamsı baş verə bilər" -İsa Qəmbər

“Artıq beynəlxalq birlik də dünyadakı bütün avtoritar rejimlərin çökməsinə dəstək verirsə, xalq olaraq biz də əlimizdən gələni etməli, bu rejimdən qurtulmalıyıq. Bu hakimiyyətinin danışmağa mənəvi hüququ qalmayıb".

Bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya məclisinin növbəti toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda bütün sahələrdə vəziyyət olduqca bərbad gündədir: "Hakimiyyət Azərbaycanda qanunları sərtləşdirərək insanların hüquq və azadlıqlarını əllərindən almaq üçün var gücü ilə çalışır. Bu gün partiyamızın fəal üvləri Tofiq Yaqublu, Yadigar Sadıqov, inanclı kəsimi təmsil edən insanlar, gənclər həbsdədir. Biz bütün siyasi məhbuslara yardım edirik və edəcəyik. Hakimiyyət dərk etməlidir ki, fəal insanları həbs etməklə partiyaların, ictimai təşkilatların fəallığını azalda bilməzlər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->