Xəbər lenti

İdman 21:24 05.05.2013

"Yuventus" İtaliya çempionu oldu

Turinin "Yuventus" klubu İtaliya çempionatının bitməsinə 3 tur qalmış çempionluğunu bayram edib. 

ANS PRESS-in məlumatına görə, "Yuventus" doğma meydanda "Palermo"nu Artur Vidalın penaltidən vurduğu qolla minimal hesabla məğlub edib. 

Bu "Yuventus"un sayca 31-ci çempioluğu olub. 35-ci turun digər qarşılaşmalarında "Latsio" "Bolonya"nı 6:0 hesabı ilə, "Milan" isə "Torino"nu Mario Balotellinin yeganə qolu sayəsində məğlub edib.

Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?