Xəbər lenti

Quran yandıran keşiş həbs olunub
Dünya 09:42 12.09.2013

Quran yandıran keşiş həbs olunub


Onun maşınından ağ neftlə hopdurulmuş Quranın 3 mindən şox nüsxəsi tapılıb

İslamın düşməni olan və Quran kitablarını yandırmaqla məşhurlaşan 61 yaşlı keşiş Terri Cons həbs olunub.  İtar-Tass-ın verdiyi məlumata görə, onun maşınından ağ neftlə hopdurulmuş Quranın 3 mindən şox nüsxəsi tapılıb.

Bununla bağlı məlumat yayan Tampa Bey şəhəri polisi bildirib ki, qalmaqallı keşiş həmin nüsxələri Florida ştatında əhalinin gözü qarşısında yandırmağı planlaşdırdığı üçün həbs edilib.

Polis, həbslə bağlı digər təfərrüatları açıqlamaqdan çəkinir. Həm də onun barəsində hansı maddələr üzrə cinayət işinin açılacağı da bilinmir.

Qeyd edək ki, keşiş Cons dəfələrlə ictimaiyyət qarşısında müsəlmanlar üçün müqəddəs olan Qurani-Kərim kitabını yandırıb. //ANS PRESS

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->