Xəbər lenti

Qurbağa hüceyrəsindən yaşayan robot hazırlandı - Elmdə inqilab
Texnologiya 18:35 15.01.2020

Qurbağa hüceyrəsindən yaşayan robot hazırlandı - Elmdə inqilab

Alimlər dünyann ilk yaşayan robotunu hazırlayıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, özünü müalicə edə bildiyi deyilən robotun pəncəli Afrika qurbağasından (Xenopus laevis) götürülən gen hüceyrələri əsasında düzəldilib. Ölçüsü 1 millimetrdən böyük olmayan "Xenobot" adlı robot yeriyə, üzə, hətta həftələrlə heç nə yemədən yaşaya və qrup şəklində çalışa bilir.

Bu robotların tıxanmış damarların açılması, okeanların mikroplastiklərdən təmizlənməsi və ya zəhərli maddələrin tapılıb, yox edilməsi kimi sahələrdə istifadə olunması nəzərdə tutulur.

Massaçusets Tufts Universitetinin Allen İxtira Mərkəzinin direktoru Maykl Levin bunların proqramlaşdırıla bilən orqanizmlər olduğunu deyib. Robotlar 1 həftə, uzağı 10 gün yaşaya bilir. Levin robotların çox kiçik olduqlarını və daha böyüklərini yaratmağı qarşılarına hədəf qoyduqlarını bildirib. Məməlilərdən alınmış hüceyrələrlə bunun mümkün olacağı düşünülür.

Vermont Universitetinin doktorantı Sam Krieqman isə gələcəkdə bu robotların sinir sistemi və qavrama qabiliyyəti olan versiyalarının yaradılmasının da gözlənildiyini və bunun bəzi etik problemlərə gətirib çıxara biləcəyi deyib. Lakin canlı robotların dünya üçün heç bir təhlükəsi olmadığını ifadə edib.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->