Xəbər lenti

Qurban Qurbanov:
İdman 15:28 28.11.2018

Qurban Qurbanov: "Bizim hər günümüz gərgin keçir"

"Avropa Liqasında son ev oyununa çıxırıq. Çox istərdik ki, görüşü qələbə ilə başa vuraq. İstənilən halda, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Rəqib komandanın baş məşqçisi dəyişikliyi olub, bu da hər zaman oyuna müsbət təsir edir".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının V turunda Portuqaliyanın "Sportinq” klubu ilə keçirəcəkləri oyundan əvvəl Bakı Olimpiya Stadionunda təşkil okunan mətbuat konfransında deyib. 

46 yaşlı mütəxəssis "Sportinq”in əsas heyətindən bir neçə futbolçunun Bakıya gəlməməsi ilə bağlı danışıb: "Mən belə böyük klublarda gəlməyən oyunçulara bir o qədər önəm vermirəm. "Sportinq”in çox geniş heyəti var. 23 yaşlı futbolçudan danışırıqsa, deməli, o, artıq peşəkar oyunçudu. Bu cür klubda inanmıram ki, zəif futbolçu olsun. Oyunçularımız da buna fikir verməməlidilər. Kimə qarşı oynadığımızı yaxşı bilirik. Ona görə də bu haqda fikirləşmirik. İstərdik ki, meydanda rəqibdən üstün olaq. Sabah qalib gəlmək üçün daha yaxşı oyun göstərməyə çalışacağıq".

Baş məşqçi zədəli İnnosent Emeqaranın yoxluğunda hücumda kimə şans verəcəyindən və Rəşad Sadıqovun avrokuboklarda 100-cü matçını keçirməsindən danışıb: "Araz Abdullayevi hücumda oynatmışıq və bu dəfə də şansı çoxdu. Buna səhər məşqimizdən sonra qərar verəcəyik. Sevinirəm ki, kapitanımız Rəşad Sadıqov belə şəxsi göstəriciyə malikdi. Ancaq hər bir futbolçumuz istənilən halda, motivasiyalı olacaq. Bizim üçün Rəşadın meydanda olması daha önəmlidi. Ancaq bunu bilmirik. Çünki səhər məşqindən sonra qərar verəcəyik ki, Sadıqov oynayacaq, yoxsa yox".

Qurban Qurbanov "Milətlər Liqasındakı uğursuzlqudan sonra özünüzü motivasiya etdiniz" sualına belə cavab verib: "Bizdə bərpa mövsüm başa çatanda olur. Bizim hər günümüz gərgin keçir. Futbolçularda isə oyunun ertəsi bərpa olur".
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->