"Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə qazandıq”.
"Qaynarinfo"nun report-a istinadən məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Oyundan nə dərəcədə razı qaldınız?
- Qələbə qazansaq da, oyundan tam razı qalmadım. Ola bilər ki, futbolçularda yorğunluq var idi. "Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı.
- Pedro Enrike bu gün çox zəif çıxış etdi. Bunu yorğunluqla əlaqələndirmək olar?
- Oyununa görə onu əvəzlədim, geri qalırdı. Heç bir zədəsi yoxdur. İlk dəfədir Gəncədə oynayırdı, ola bilər ki, özünü rahat hiss etməyib.
- Gəncədə uşaq futboluna maraq çox azdır. Millinin baş məşqçisi kimi bu məsələyə münasibətiniz necədir?
- Açığı, hələ tam proqram üzərində düşünməmişik. Amma fikirləşirəm ki, AFFA buna diqqət yetirir. Təkliflər olsa, bunu irəli sürəcəyik. Gəncədə futbolçu özü yetişir və düşünürəm ki, diqqət daha çox olsa, yaxşı olacaq.
Qaynarinfo.Az
Şərhlər