Xəbər lenti

Qurban Qurbanov:
İdman 23:51 18.07.2018

Qurban Qurbanov: "Rauf Əliyevin yardımından yararlana bilərəm"

"Futbolçularımı ürəkdən təbrik etmək istərdim. Belə isti havada bu cür mübarizə aparmaq həqqiətən alqışalayiq idi". 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində "Olimpiya”nı qəbul edən Azərbaycan çempionu rəqiblə qolsuz bərabərə qalıb. Sloveniyadakı minimal hesablı qələbə sayəsində "Qarabağ” növbəti mərhələyə adlayıb.

Oyunsonrası mətbuat konfransında Qurban Qurbanov rəqibi tərifləyib: "Belə güclü komandaya qarşı oynamaq xoş idi. "Olimpiya" biz məşqçilik korpusunu son illərdə ən çox düşündürən rəqib idi. Şükürlər olsun ki, iki oyunun nəticəsinə görə cütün qalibi olduq. Qarşılaşmadan əvvəl xəbərlər vardı ki, stadionda azarkeşlər az olacaq. Ancaq ilk mərhələyə görə say yaxşı idi. Bundan sonra bütün oyunlarınız çətin olacaq. Bütün komandalar bizə qarşı cidid hazırlaşır. Bu da bizə problem yaradır. Birgə kollektiv şəkildə daha yaxşı oyun göstərməyə qadirik. "Olimpiya"nın baş məşqçisinə də uğurlar arzulamaq istəyirəm. Komandaya yeni gəlib. Onunla söhbətim oldu. Hiss olunur ki, yaxşı düşüncəyə malik məşqçidi. "Olimpiya"nın oyununda ötən mövsümlə müqayisədə fərq var. Həmkarımıza da uğurlar arzulayıram".

Baş məşqçi oyunü slubundakı dəyişikliklə bağlı danışıb: "Rəqib elə idi ki, onlara qarşı pressinq futbolu tətbiq etmək lazım idi. İkinci hissədə oyun üslubunu bir qədər dəyişdik. Hər bir rəqibə qarşı fərqli oyun üslubunda çıxa bilərik. Futbol bunu tələb edir. Hər hansı komandaya qalib gəlmək üçün əvvəlcə onun qarşısını almaq lazımdı. Oyuna görə dəyişiklik var idi".

Qurban Qurbanov nvbəti rəqib "Kukesi" ilə bağlı danışıb: "Onların oyununa baxmamışam. Sabah baxacam. Belə komanalar xarakterə malik olurlar. Biz onların gücünü görmüşük. Həddən artıq diqqətli, məsuliyyətli yanaşmaq lazımdı. 

Çalışdırıcı "Kukesi"nin formasını geyinmiş "Qarabağ"ın sabiq üzvü Rauf Əliyevdən bu komanda ilə bağlı məlumat almaqla bağlı suala belə cavab verib: "Kimlə yaxından maraqlanmaq lazım olsa, müraciət edə bilərik. Maksimum 2 güm ərzində rəqib haqda informasiya topalya bilərik. Kiçik informasiya lazım ola, onu öyrənməyə hazıram. Niyə də olmasın? Bizə kiçik informasiya da faydalıdı".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->