Ölkə 20:45 15.06.2021

Qusarda məşhur alimin abidəsi ucaldıldı

İsrailin Azərbaycandakı səfiri Corc Dik Qusara səfər edib.

Qaynarinfo xəbər verir ki, bu barədə səfirliyin "Twitter” səhifəsində paylaşım edilib.

"Səfir Corc Dik ixtirası ilə dünyada milyonlarla insana şəfa verən məşhur yəhudi əsilli azərbaycanlı alim Qavriil İlizarovun xatirəsinə həsr olunmuş abidənin açılış mərasimində iştirak edib”, - deyə məlumatda vurğulanıb.