BMT Baş Assambleyasının bu gün keçirilmiş iclası zamanı Antoniu Quterriş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.
Qaynarinfo xəbər verir ki, müvafiq qərarı BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.
"Məmnunluq hissi ilə bəyan edirəm ki, Antoniu Quterriş 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edilib”, - o bildirib.
Xatırladaq ki, Quterriş BMT-nin baş katibi vəzifəsinə yeganə namizəd idi. Daha əvvəl onun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası dəstəkləmişdi.
Şərhlər