Xəbər lenti

Ramazan ayı ərzində toy etmək olarmı?  (VİDEO)
Video 22:00 17.05.2018

Ramazan ayı ərzində toy etmək olarmı? (VİDEO)

Ramazan ayının başlaması ilə şadlıq evlərinə toy üçün müraciət edənlər demək olar ki yoxdur. İlahiyyatçılar isə bildirir ki, islam dinində Ramazan ayında toy etmək qadağası yoxdur. Sadəcə bəzi məqamlara diqqət etmək lazımdır.

Ramazan ayının başlaması ilə şadlıq evləri sükuta qərq olub.

Paytaxtın bir sıra şadlıq evlərinə baş çəksək də menecerlər toy sifarişi almadıqlarını deyirlər.

Hətta bəzi şadlıq saraylarının ümumiyyətlə qapısı da bağlı idi.

İlahiyyatçılar bildirir ki, islam dini Ramazanda toy etməyi qadağan etmir.

İlahiyyatçı Mirhəmid Məmmədov ramazan ayında iftara qədər toy, qonaqlıq və digər yeməkli məclislərin keçirilməsinin qadağan olunduğunu bildirir.

Onu da qeyd edək ki, Ramazan ayı adətən qış aylarında olanda gün qısa olduğuna görə toy edənlər daha çox olur. Ancaq yay aylarında iftar gec açıldığına görə toyun qısa keçməməsi üçün adətən bu vaxtlarda toy etmirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->