Xəbər lenti

İdman 11:00 20.08.2018

Ramil Şeydayev vətədaşlığı ilə bağlı suala cavab vermədi

"Burada hər şey əladı. Bir həftədi ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram".

Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın "Krılya Sovetov" klubuna transfer olunan millimizin üzvü Ramil Şeydayev deyib.

Futbolçu Avstriyanın "Mattersburq" klubu ilə müqavilə imzalamaq üçün adıçəkilən ölkəyə getməsi ilə bağlı xəbərləri təkzib edib: "Belə şey yoxdu. Bu, sadəcə, şayiədi. Orada oynayacağımla bağlı müsahibə verməmişdim və bu kluba getmək istəmədim".

Ramil "Krılya Sovetov"da Rusiya, yoxsa Azərbaycan vətəndaşı kimi oynaması ilə bağlı suala cavab verməyib: "Bu barədə nəsə bilmirəm. Sualı klub rəhbərliyinə ünvanlayın. Futbolçu belə şeylə məşğul olmur. Mənim öz işim var".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?