Xəbər lenti

Ramin Bayramlı: “Maska ilə bağlı iradlar haqlıdır”
Sağlamlıq 10:18 06.04.2020

Ramin Bayramlı: “Maska ilə bağlı iradlar haqlıdır”

"Vətəndaşlarımızdan maska təchizatı ilə bağlı haqlı iradlar gəlir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Diqqət mərkəzi-Yekun” verilişində qonaq olarkən deyib. Bildirib ki, tibb sahəsində olan alimlərin ümumi rəyi ondan ibarətdir ki, maskadan istifadə etməyin qoruyucu xüsusiyyətləri var:

"Gəldiyimiz son qənaət belədir ki, sağlam şəxslərin də maskadan istifadəsində fayda var. Bunu biz də tövsiyə edirik. Belə bir pandemiyanın olacağı və bu qədər maska ehtiyacının yaranacağını heç kim hesablamamışdı. Gündəlik fəaliyyətini vacib bildiyimiz qurumlar var. Gəlin imkan verək, həmin şəxslər maskadan istifadə edə bilsin. Qalanları da evdə qalsın”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->