Foto 13:15 10.06.2021

Ramiz Əzizbəyli dəfn olundu (FOTOLAR)

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

APA-nın məlumatına görə o, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.