Ölkə 20.01.2022

Ramiz Mehdiyevdən institut rəhbərliyinə ittihamlar - Anonim məktublar, qətiyyətsizlik...

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirib.

Qaynarinfo-nun xəbərinə görə, Ramiz Mehdiyev AMEA-nın bu gün keçirilən Rəyasət Heyətinin iclasında qeyd edib ki, Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir.

"Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm. Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti bildirib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?