Xəbər lenti

Rəfcəncaninin prezidentliyə namizədliyi qeydə alınmadı
Siyasət 20:30 21.05.2013

Rəfcəncaninin prezidentliyə namizədliyi qeydə alınmadı

İran Keşikçilər Şurası İsfəndiyar Rəhim Məşai və ayətullah Əli Əkbər Haşimi Rəfsəncanini prezident vəzifəsinə namizəd qismində bəyənməyib.

Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.


Keşikçilər Şurası indiyədək prezident seçkilərində iştirak edəcək namizədlərin təsdiq edilmiş rəsmi siyahısını dərc etməyib.

İranın "Tasnim" agentliyi adı çəkilməyən rəsmi mənbəyə istinadən məlumat verib ki, yalnız 8 namizəd Keşikçilər Şurasının yoxlamasından keçə bilib.

"Mehr" siyahıya daxil olan namizədlərin adlarını açıqlayıb: Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qarazi və Əli Əkbər Vilayəti.

İran Mərkəzi Seçki Komissiyasının rəhbəri, daxili işlər nazirinin müavini Sulat Mürtəzəvi bəyan edib ki, yalnız Daxili İşlər Nazirliyinin təsdiq etdiyi namizədlərin siyahısı qanuni hesab edilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->