Xəbər lenti

Ölkə 14:50 20.02.2020

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən keçmiş kürəkəni tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qaynarinfo-ya bildirib ki, fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->