Xəbər lenti

Rektor Nazim Məcidovu işdən çıxardı
Ölkə 15:34 04.07.2020

Rektor Nazim Məcidovu işdən çıxardı

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Nazim Məcidovu tutduğu vəzifədən azad edib.

"MediaPost”un əldə etdiyi məlumata görə, E.Babayevin müvafiq əmri ilə, BDU-nun Tarixi Muzeyinin direktoru N.Məcidov vəzifəsindən azad olunub.

Məsələ ilə bağlı açıqlama verən Nazim Məcidov öz  istəyi ilə vəzifəsindən ayrıldığını bildirib. O, hazırda işsiz olduğunu deyib. 

Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsində də çalışıb.  

Qeyd edək ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->