Azərbaycan U-19 Liqasının qalibi olan "Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
İlk üç turda xal qazana bilməyən futbolçularımız səfərdə "Atletiko” klubuna minimal hesabla qalib gəliblər.
Matçda yeganə qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub. Bununla da, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "uğursuzluq zolağı”ndan çıxmağı bacarıb. Qrupun digər oyununda "Roma” doğma meydanda” Çelsi”yə 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, "Metropolitano” stadionunda keçiriləcək əsas komandaların arasında görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 23:45-də səslənəcək (Oxu.Az).
Qaynarinfo.Az
Şərhlər