Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Qaynarinfo xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirib.
"Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.
Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 21 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.
Şərhlər