Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət qurumların saytlarına girişdə ciddi problem yaranmışdı.
Qaynarinfo xəbər verir ki, artıq problem aradan qalxıb və rəsmi saytlara giriş tam bərpa olunub.
****
Azərbaycanda bütün dövlət qurumlarının saytlarına girişdə problem yaranıb.
Qaynarinfo qafqazinfo.az-a istinadən xəbər verir ki, artıq bir neçə dəqiqədir ki, gov.az domenində yerləşən rəsmi saytlara daxil olmaq mümkün deyil.
Bununla bərabər rəsmi dövlət agentliyi olan Azərtac-a da giriş məhdudlaşdırılıb.
Problemin nədən qaynaqlanması haqda hələlik heç bir məlumat yoxdur.
Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, dövlət qurumlarının saytlarına Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunur.
Şərhlər