Dünya 13:40 06.09.2019

Respublika rəhbərindən inanılmaz istək: Mamontlar...

Rusiyanın Saxa (Yakutiya) Muxtar Respublikasının rəhbəri Aysen Nikolayev nəsli kəsilmiş heyvan növlərindən olan mamontun klonlaşdırılması barədə arzusundan söz açıb.

Qaynarinfo xəbər verir ki, hazırda Yakutiya alimləri Buz dövrünün faunasını tədqiq edir və onları yenidən təbiətə qaytarma ehtimalı barədə araşdırma aparırlar. 

Bölgədəki mütəxəssislərin üzərində işlədiyi digər məsələ klonlaşdırmadır. Koreya və yapon alimlərinin köməyi ilə itlərin klanlaşdırılması üçün sınaqlar həyata keçirilir.

A.Nikolayevin sözlərinə görə, əgər Buz dövründə yaşamış mamonta aid canlı hüceyrə tapılsa, bu növün texnologiyanın yardımı ilə çoxaldılması mümkün ola bilər.

Gülşən