Daxili İşlər Nazirliyi də yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evinin binasının divarına asılmış Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanlar barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.
***17.03
Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Novxanı bələdiyyəsindən "Report”a verilən məlumata görə, bu, həmin qəsəbədə yaşayan Emin Məmmədov adlı şəxsdir.
Şərhlər