"Yəqin ki, Milli Şuranın yaradılması zəruri məsələlərdən biridir. Parlamentdə həm müxalifət, həm də iqtidar təmsil olunmalıdır. Belə olmayanda bu cür birliklər yaranır". Bunu
Qaynar.info-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə deyib. O bildirib ki, hazırki yaradılan Milli Şuraya fikri müsbətdir: "Müxalifət bir mövqedən çıxış etməlidir. Bütün bu birliklər cəmiyyətin, xalqın xeyrinə olmalıdır. Belə olan halda hər şey müsbətə doğru irəliləyəcək".
R.Rəsulzadə qeyd edib ki, hazırki Milli Şura ilə 1918-ci ildə yaradılmış Milli Şuranı eyniləşdirmək olmaz: "Çünki tarixi situasiyalar fərqlidir. Hakimiyyətlər də fərqlidir. Hazırki Milli Şura prezident seçkilərilə bağlı yaradılıb".
İlkin
Qaynar.info
Şərhlər