Cümə axşamı, İsrailə səfərinin ikinci günündə ABŞ prezidenti Co Bayden baş nazir Yair Lapid ilə birgə saziş imzalayacaq və məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, birgə razılaşma İsrail və Amerika Birləşmiş Ştatları arasında uzunmüddətli təhlükəsizlik münasibətlərinin aspektlərini də əhatə edir.
Bayden Yaxın Şərq səfərinə çərşənbə günü regional təhlükəsizliyi gücləndirmək, İsrailin iştirakını artırmaq və Səudiyyə Ərəbistanını daha çox neft hasil etməyə təşviq etmək məqsədi ilə başlayıb.
Həmçinin Baydenin regional səfəri zamanı İran məsələsi də məsləhətləşmələrin əsas məqamlarından biri hesab olunur.
Britaniya xəbər agentliyi Amerika rəsmisindən sitat gətirərək yazıb: "Bu razılaşmanın elanı mühümdür və İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verməyəcək və İslam Respublikasının sabitliyi pozan fəaliyyətlərinin qarşısını alacaq, xüsusilə də İsraildə.
Aydın
Şərhlər