Xəbər lenti

İş adamının 8 milyonluq əmlakı müsadirə olundu - İçində məşhur hotel də var
Ölkə16:25 20.12.2025

İş adamının 8 milyonluq əmlakı müsadirə olundu - İçində məşhur hotel də var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.
Bunların sırasına "Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.
İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.
Hərrac gələn il yanvarın 8-də keçiriləcək.